Komitədən verilən məlumata görə, ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərib. Onların da 72,8 faizi əhali sektoruna aid olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
CAHANGİR