Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda oxucular ensiklopediyaları almadan da onlardan istifadə edə biləcəklər.
"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin e-kitabxana achıqkitab.az xidmətinə daxil olmaqla ensiklopediyalarla tanış olmaq mümkündür.
Saytda "Azərbaycan milli ensiklopediyası", "Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası" l, ll cildlər, "Naxçıvan ensiklopediyası" l, ll cildləri və digər ensiklopediyalarla tanış olmaq mümkündür.
Qeyd edək ki, saytda klassik ədəbiyyatı əks etdirən kitablar, dünya ədəbiyyatından nümunələr, əhəmiyyətli lüğətlərdən, ümumiyyətlə, bir çox kitablardan istifadə etmək mümkündür.