Bakı, 17 noyabr, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubunda uzun müddət forma geymiş yarımmüdafiəçi Stiven Cerardın butsları Böyük Britaniyada hərraca çıxarılıb.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, İngiltərə millisinin sabiq kapitanının butsları 40 min funt sterlinqə satılıb. Hərracdan əldə edilən vəsaitin hamısı qaçqınlara yardım üçün ayrılan hesaba köçürülüb.
S.Cerard “Liverpul”un heyətində keçirdiyi sonuncu matçlarda məhz həmin butsları geyinib.