“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı şəraitdə baş tutub.
R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev jurnalistlərə açıqlamasında bildib ki, bir neçə vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib: “Rauf Mirqədirov məhkəmədə sərbəst ifadə verdi. Məndən iltizam aldıqları üçün Rauf Mirqədirovun verdiyi ifadə haqda məlumat verə bilmərəm”.
Məhkəmə prosesi saat 14:00-da davam etdiriləcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.