İngiltərə millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Fransa millisi ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, oyun Parisdə baş verən terror aktının qurbanlarına hörmət əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb.

Matça gəlincə, oyunda hesab 39-cu dəqiqədə açılıb. Dele Alli gözəl qola imza ataraq, İngiltərəni hesabda önə keçirib. Oyunda hesab bir daha matçın 48-ci dəqiqəsində dəyişib. Bu dəfə İngiltərənin heyətində Ueyn Runi fərqlənib. Runi Sterlinqin qapı önünə asmasından sonra gözəl qola imza atıb.


İngiltərə - Fransa oyunu

Oyun bir məqamla da yadda qalıb. Beləki, Fransa himnini fransalı azarkeşlər və futbolçular ilə yanaşı həm də ingiltərəli futbolçular və azarkeşlər də ifa edib.