İngiltərə və Fransa milliləri yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.
Oyundan öncə Parisdə baş verən terror aktlarında həyatlarını itirən insanlar yad olunublar. 39-cu dəqiqədə Delle Alli İngiltərə millisini hesabda önə keçirib. Ev sahibləri bununla da kifayətlənməyiblər. 48-ci dəqiqədə Ueyn Runi fərqi ikiyə çıxarıb. Oyunda başqa qol olmayıb. İngiltərə Fransanı 2 cavabsız qolla məğlub edib:
İngiltərə - Fransa - 2:0
Qollar: Alli, 39, Runi, 48
İngiltərə - Fransa matçını canlı izləyə bilməyənlər üçün video icmalı təqdim edirik: