Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Hüquq” işçi qrupunun və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Vətənpərvərlik Klubunun təşkilati dəstəyi ilə keçirilən “Qeyri-hüquq ixtisaslı gənclərarası Konstitusiya birinciliyi” layihəsi başa çatıb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə yüzədək gəncin iştirak etdiyi layihə “Nəzəri Konstitusiya” və "Rəqəmsal Konstitusiya” adlı iki mərhələdə həyata keçirilib.
Müsabiqə formasında keçirilən layihədə iştirakçılar birinci mərhələdə 50, ikinci mərhələdə isə 20 test sualına cavab verməyə çalışıblar. Ən yüksək nəticə göstərən 20 gənc diplomlarla təltif edilib.