Bakı, 20 noyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-AQŞ “Günəşli” yatağındakı 11 saylı stasionar dəniz özülündən 30 saylı quyuda qazma işlərinə başlayıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, quyunun qirməki altı lay dəstəsinə qazılması planlaşdırılır. Sifarişçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi olan quyunun layihə dərinliyi 4 min metr təşkil edir.