"Report"un xəbərinə görə, ədliyyə naziri Fikrət Məmmədov və nazirliyinin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.
Daha sonra Şəhidlər xiyabanını ziyarət edən ədliyyə naziri Fikrət Məmmədov və ƏN əməkdaşları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.










