Tovuz, 23 noyabr, AZƏRTAC
Tovuz və Qovlar şəhərlərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 100 yerlik uşaq bağçaları yaxın günlərdə istifadəyə veriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bağçalarda tikinti və təmir işləri yekunlaşıb. Otaqlar yeni avadanlıqla təchiz olunub. Hazırda bağçaların ətrafı və həyətləri abadlaşdırılır. Yeni yaşıllıqlar salınır və bağçaların həyətində uşaqların istirahəti üçün karusel və digər oyun avadanlıqları quraşdırılır.