"Report" xəbər verir ki, raket zərbələri terrorçuların baza və silah anbarlarına, eləcə də idarəetmə məntəqələrinə endirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, rusiyalı pilotlar həftəsonu 141 hərbi uçuş həyata keçirib və terrorçuların Suriyadakı 472 obyektinə raket zərbələri endirib.