Bakı. İlhamə İsabalayeva, Samir Məmmədov – Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində qeydiyyatda olan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun “Muğanbank”ın Binəqədi rayon filialının binası qarşısında özünü yandırması faktı ilə əlaqədar həmin filialın rəhbərliyi baş ofisə çağırılıb.

Bu barədə Trend-ə “Muğanbank”ın Binəqədi rayon filialından məlumat verilib.

Baş ofisdən isə Trend-ə bildirilib ki, Binəqədi filialında, ümumiyyətlə “Muğanbankda” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur:

“Kütləvi informasiya vasitələrində 23.11.2015 – ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbankda” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP –yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb. onların Malik Abbas oğlu Hüseynov adlı müştəriləri yoxdur”.
Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulan M.Hüseynov hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti çox ağır qiymətləndirilir.

Binəqədi rayon Prokurortluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı araşdırmalar başlanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az