"Bu gün Türkiyə-Suriya sərhədində vurulan Su-24 təyyarəsinin Suriya hava məkanında olduğu haqda Kremldə dəqiq məlumat var. "

ANS PRESS-in məlumatına görə, bu hada Rusiya prezidentinin sözcüsü Dmitri Peskov deyib. Peskov “İnsidentin nəticələri haqda danışmaq tez olardı”, - deyə hadisəni şərh edib.

“Biz hələlik Müdafiə nazirliyindən hərbi təyyarəmizin hansı səbəbdən qəzaya uğraması haqda məlumat almamışıq. Amma təyyarənin Suriya hava məkanında olduğunu dəqiq bilirik ”

O həmçinin Vladimir Putinin hadisə ilə bağlı təcili təhlükəsizlik şurasının iclasını çağıracağını da təstiq etməyib. Eyni zamanda Peskov qeyd edib ki, Türkiyə - Rusiya münasibətlərinində hadisədən sonra necə inkişaf edəcəyinə dair proqnozların verilməsi hələ tezdir. “İndi hər hansı bir qiymət və ya fərziyyə irəli sürmək düzgün olmazdı” – deyə Dmitri Peskov Ankara və Moskvanın münasibətlərinin perspektivlərini şərh edib.

“Bu doğurdanda çox ciddi hadisədir, amma biz tam təfərüatlı məlumata sahib olmamış heçnə deyə bilmərik və bu düzgün olmazdı”, - deyə Peskov əlavə edib.

Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya
Dmitri Peskov - Rusiya prezidentinin sözcüsü

Rusiyaya məxsus SU-24 hərbi təyyarəsi bu gün Türkiyə hərbi hav qüvvələri tərəfindən vurulub . Təyyarənin vurulması faktını Rusiyanın Müdafiə Nazirliyi də təstiqləyib. Təyyarə Türkiyənin hava sərhəddini pozduğu üçün vurulub. Vurulan təyyarə Türkmən dağı yaxınlığında düşüb.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi


Suriyanın Bayırbucak bölgəsində bir müddətdir ki, Suriya və Rusiya hərbi təyyarələri türkmənləri hədəf alan hava hücumları həyata keçirirlər. Suriya Türkmən Məclisi Abdurrahman Mustafa Türkiyə və koalisiya güclərindən Türkmən birliklərinə kömək göndərilməsini tələb etmişdi.