Gəncə, 25 noyabr, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (ATU) qida məhsullarının texnologiyası və turizm fakultəsinin tələbələri növbəti dərsi Gəncədəki “Neon” firmasının makaron və çörək istehsalı müəssisəsində keçiblər.
AZƏRTAC xəbər verir ki, gələcəyin texnoloqları əvvəlcə müəssisələrdə istehsal prosesi ilə yaxından tanış olublar. Sonra universitetin qida məhsullarının texnologiyası kafedrasının dosenti Eldəniz Bayramov un məmulatlarının hazırlanması texnologiyası ilə bağlı mühazirə oxuyub.
Açıq dərsdə tələbələri maraqlandıran suallara da çavab verilib.
Texnologiya Universitetinin tələbələri istehsalat sahəsində açıq dərs keçiblər