ANS PRESS-in məlumatına görə, Maxim jurnalı Rusiyanın 100 ən seksual qadınını müəyyən edib.
3 uşaq atası ilə bir neçə gün öncə evlənən Vera Brejneva Rusiyada ilin ən cazibədar qadını seçilib. Müğənnin karyerasında artıq 3-cü dəfədir ki, reytinqdə 1-ci olur. İfaçı 2007-ci ildə və 2012-ci ildə ilin ən yaxşısı seçilib.
Hər il tərtib olunan reytinqdə 2-ci yeri Mariya Qorban tutub , Anna Hilkeviç isə 3-cü yerdə qərarlaşıb.
Dünyanın məşhur modeli aktyor Bredli Kuperin sevgilisi İrina Şeyk 6-cı yerdədir.
İlk onluq:
10. Elena Temnikova

9.İrena Ponaroşku

8. Anna Kasterova

7.Nastasya Samburskaya

6.İrina Şeyk

5.Natalya Rudova

4.Kristina Asmus

3.Anna Hilkeviç

2.Mariya Qorban

1.Vera Brejneva

33 yaşlı Brejneva 52 yaşlı Konstantin Meladze ilə bir ay əvvəl İtaliyada hamıdan gizli evlənib. Mərasimdə cütlüyün ən yaxın adamları iştirak edib.
Cütlük ilk dəfə 2002-ci ildə tanış olublar. 20 yaşlı Vera Qaluşka (Brejneva) “Via Qra” qrupunun konsertində səhnədə rəqs edərək mahnı oxuyub. Vera Brejnevanın 2003-cü ildə Vitaliy Voyçenkodan qızı olur. 1 ildən sonra müğənnin ailəsi dağılır. 2006-ci ildə biznesmen Mixail Kipermen ilə evlənib “Via Qra” qrupunu tərk edir. İfaçı "Maxim” jurnalı tərəfindən 2007-ci ildə Rusiyanın ən seksual qadını seçilir. 2009-ci ildə onun biznesmen Kipermendən Sara adlı qızı olur.