Bakı, 26 noyabr, AZƏRTAC
"Kapital Bank" "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sisteminə qoşulub.
AZƏRTAC sistemin saytına istinadla xəbər verir ki, bununla da Azərbaycanda "Zolotaya Korona" sisteminin xidmət şəbəkəsi 94 məntəqə artıb.
"Kapital Bank"ın müştəriləri MDB və uzaq xarici ölkələrə tarifi 1 faizdən başlayaraq (məbləğ və tranzadksiyanın istiqamətindən asılı olaraq) pul köçürmələri həyata keçirə bilərlər. Köçürmələr dərhal, hesab açılmadan aparılır.