Bakı, 27 noyabr, AZƏRTAC
Yaponiyanın JCB ödəniş sistemi Fukuoko bələdiyyəsinin özəl nəqliyyat şirkəti ilə birgə yeni aksiyaya başlayır.
AZƏRTAC payspacemagazine.com saytına istinadla xəbər verir ki, bu il dekabrın 1-dən 2016-ci il fevralın 29-dək JCB kart sahibləri regionun ictimai nəqliyyatından pulsuz istifadə edə biləcəklər. Aksiya Yaponiya əhalisi ilə yanaşı, JCB kartlarının istifadəçisi olan 19 ölkənin sakinlərinə də şamil edilir. Bu aksiyada cəmi 20 milyon nəfər iştirak edə bilər.
Ödəniş sisteminin nümayəndəsi Kiesi Kondo qeyd edib ki, bu aksiya ölkənin turizm imicini yaxşılaşdırmağa imkan verəcək. Ödəniş sistemi öz müştəriləri üçün yeni unikal təkliflər hazırlanması üzərində işi davam etdirəcək.
Qeyd edək ki, "Apple Pay" istifadəçiləri üçün isə London metrosunda gediş pulsuz olacaq.