Balakən rayon Tülü kənd sakini 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi "08-BG-580" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən, avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırdıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, təqribən 5 ton çəkisi olan 600 ədəd xurma yeşiyi magistral yola dağılıb və yük avtomobilinin bir hissəsi yararsız hala düşüb. Yük avtomobili xurmanı Göyçaydan Balakənə aparırmış.
Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.