Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 781 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 721 milyon 032 min 270 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.