55 yaşı münasibətilə keçirilən əyləncə gecəsində Yuliya Timoşenko qəribə geyimi ilə hamını təəcübləndirib.

ANS PRESS-in məlumatına görə, sabiq baş nazir mərasimdə qonaqlar qarşısına saçı dağınıq və kifayət qədər açıq-saçıq donda çıxıb.

Ukraynanın keçmiş baş nazirinin şəkilini “Facebook” səhifəsində yayan jurnalistlər qadın siyasətçini yaşına uyğun geyimdə olmadığını istehza ilə qeyd ediblər. Timoşenkonun geyimi həmçinin sosial şəbəkə iştirakçıları tərəfindən qızğın müzakirə olunub.

"Seksual yırtıcı" ad gününə bu geyimdə gəldi (VİDEO, FOTO)

Sosial şəbəkə istifadəçiləri Timoşenkonun bayram donunu "Beşinci element" fantastik filminin qəhrəmanı Lilunun geyimi ilə müqayisə ediblər. Başqa cür onu mumiya, kəfən və sakitləşdirici köynək adlandıranlar da olub. Hətta bəziləri belə paltara görə modelyeri edam etməyi təklif edib.

"Seksual yırtıcı" ad gününə bu geyimdə gəldi (VİDEO, FOTO)
Yuliya Timoşenko ad günündə

Keçən ay Ukrayna baş naziri Arseni Yatsenyuk “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu seksual zorakılıqda ittiham etmişdi. Yatsenyuk fransalı jurnalistlərə Ali Radadakı fraksiya rəhbərləri ilə normal münasibətlərdə olduğunu, yalnız “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ilə yola getmədiyini bildirmişdi. Yatsenyuk Timoşenkonun ona dəfələrlə intim təkliflər etdiyini qeyd edib.



“2014-cü ilin əvvəllərindən başlayaraq Yuliya Timoşenko dəfələrlə mənə intim əlaqəyə girməyimizi təklif edib. Mən evli olduğumdan buna heç vaxt razı ola bilməzdim”, deyə Yatsenyuk bildirib.

Yatsenyuk həmçinin Timoşenkonu “seksual yırtıcı” adlandıraraq ondan uzaq gəzdiyini deyib: “O, hər dəfə məni görən kimi yenidən intim təkliflər etməyə başlayır. Ondan dəfələrlə sərt formada buna son qoymasını desəm də, nəticəsi yoxdur”.