Bakı, 1 dekabr, AZƏRTAC
2015-ci ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 73 885 müqavilə qeydiyyata alınıb.
İSB-dan AZƏRTAC-a bildirilib ki, bunların 11 613-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,1 milyon manat təşkil edib.
2014-cü ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,5 faiz, sığorta haqlarının məbləğində isə 0,1 faiz azalma müşahidə edilib.