Nəğməkar şairə cəza: 26 il və 421 şallaq - VİDEO

Nəğməkar şairə cəza: 26 il və 421 şallaq - VİDEO
14:27 2 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

İranın tanınmış şairi və bəstəkarı bəlli olmayan səbəblərə görə Tehranda həbs edilib.

Xanımı Atena Habibinin sosial şəbəkədə yaydığı xəbərə görə, 40 yaşlı Yağma Qolruyi İran paytaxtındakı mənzilində həbs olunub.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, xanım Habibi ərinin təhlükəsizlik əməkdaşları tərəfindən naməlum istiqamətdə aparıldığını xəbər verib.

"İndiyədək ondan xəbər yoxdur və biz onun səhhətindən bərk narahatıq", - Habibi özünün İnstagram hesabından yazıb.

Qolnaz Esfandiari yazır ki, İran polisi adamları çox vaxt heç bir izahat verilmədən həbs edir.

Habibi dostlarını və tanışlarını bu xəbəri yaymağa, lakin mümkünsə, heç bir şərh yazmamağa çağırır.

Məqalədə deyilir ki, İranda son vaxtlar bir neçə rəssam, jurnalist və fəal həbs edilib.

"Həbsxanadakı xoşbəxtlik"

Qolruyiyə gəlincə isə, onun yaradıcılığı ölkə daxilində və xaricində yaxşı tanınır.

Onun mahnı və şeirləri sürgündəki pop və rep müğənniləri tərəfindən geniş ifa olunur.

Bu həbsdən bir qədər əvvəl İranın Mədəniyyət Nazirliyi əsərləri xaricdəki farsdilli televizya kanallarından verilən sənətçilərə xəbərdarlıq etmişdi.

Nazirliyin sözçüsü Hossein Nushabadi demişdi ki, xarici yayınçılarla əməkdaşlıq edənlərə qarşı hüquqi qaydada ölçü götürüləcək.

Qolruyi mart ayında "Azadlıq" adlı mahnısını buraxmışdı. Bu mahnıda onlara qarşı diskriminasiya və məhdudiyyətlərə baxmayaraq uğurlar əldə etmiş qadınlardan söz açılır.

"Biz hətta həbsxanada da xoşbəxt və şənik", - mahnıda deyilir.

26 il və 421 şallaq

Ötən oktyabrda İranda iki şair və bir kinorejissor həbs edilmişdi. Onlara qarşı "müqəddəs anlayışların" təhqiri və naməhrəmlərlə əl-ələ vermək ittihamı irəli sürülmüş və onlar 26 il yarım azadlıqdan məhrum edilmişdilər. Onlara əlavə olaraq 421 şallaq cəzası da kəsilmişdi.

Ötən ay İran kəşfiyyatının qüdrətli qolu olan İslam İnqilab Keşikçiləri Korpusu beş jurnalisti həbs edib.

Hakimiyyət bildirir ki, bu həbslər Birləşmiş Ştatlardan gələn təbliğatın qarşısının alınması üçün həyata keçirilib.

Noyabr ayında həmçinin "The Washington Post" qəzetinin müxbiri Ceyson Rezaian qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilib.

Məhkum edilən sənət adamları arasında karikaturaçı Hadi Heydari də var.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR