Britaniyada güclü yanğın baş verib

Britaniyada güclü yanğın baş verib
16:58 2 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


London, 2 dekabr, AZƏRTAC 
Britaniyanın Nyukasl şəhərində şiddətli yanğın baş verib. Dördmərtəbəli binada baş verən yanğın 5 saatdan artıq davam edib. Alovun söndürülməsi üçün 11 yanğınsöndürən maşın, 55 nəfərdən ibarət briqada cəlb edilib. Ətraf binalarda 80 nəfərdən çox sakin evakuasiya edilib.
İndiyədək əldə edilən məlumata görə, yanğın nəticəsində ölənlər yoxdur. Lakin alov tüstüsünə görə binanın ən üst mərtəbəsində tam yoxlama aparmaq mümkün olmayıb.
Mütəxəssislərin rəyinə görə, yanğına binanın içərisindəki tezalışan maddələr səbəb olub.
Bina 1966-cı ildən kağız afişaların hazırlanmasında istifadə olunurdu.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR