Mərkəzi Nəbatat bağının beynəlxalq əlaqələri genişlənir

Mərkəzi Nəbatat bağının beynəlxalq əlaqələri genişlənir
20:23 2 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Qazaxıstanın Cezqazqan Nəbatat bağının bir qrup mütəxəssisi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat bağının qonağı olub.
Mərkəzi Nəbatat bağından AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə bağın tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Qazaxıstanlı alimlər bağın canlı kolleksiyasından, aparılan elmi işlərin nəticələrindən məmnunluqlarını bildirərək gələcəkdə əməkdaşlıq imkanlarının mümkünlüyünü qeyd ediblər.
Sonra seminar keçirilib. Qazaxıstanlı mütəxəssis Gülnarə Naşenova “Cezqazqan Nəbatat bağının müasir vəziyyəti” mövzusunda çıxış edib.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi AMEA Mərkəzi Nəbatat bağının direktoru Validə Əlizadə və Cezqazqan Nəbatat bağının direktoru Janqaozı Naşenov imzalayıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR