"O, gözəl dostdur"

"O, gözəl dostdur"
21:22 2 Dekabr 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın müdafiəçisi Serxio Ramos tvitter sosial şəbəkəsi vasitəsilə azarkeşlərin suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki,  bu sual-cavabı təqdim edir.

- Komanda yoldaşları. Hamı ilə yaxşı yola gedirəm. Bir neçəsini fərqləndirə bilsəm, Marselo, Modric və Ronaldunun adını çəkə bilərəm.

- Kapitanlıq. Bu vəzifə mənim üçün şərəf və böyük məsuliyyətdir. Ötən yay müqaviləmi yeniləyəndə dediyim ki, karyeramı "Real"da başa vurmağa şad olaram.

- Kasilyasla münasibət. Əl. İker mənə komanda yoldaşından daha yaxındır. O, gözəl dostdur.

- "El Clasico"dan sonra bərpa. Yalnız işləmək. Nəticələr özü gələcək. Komandaya inamı itirmək olmaz. "Real"ı məxsus olduğu yerə gətirmək üçün mübarizə aparırıq.

- Məşqçilər. Onların hər birinin üzərimdə əməyi olub. Amma ən çox, yəqin ki, Xoakin Kaparrosa borcluyam. Mənə La Liqada debüt etmək şansı verdiyinə görə.

- Ən sevimli səfər stadionu. "Ramon Sanchez Pizjuan". Bir neçə fitə tutan azarkeş istisna olmaqla, sanki evə qayıtdığımı hiss edirəm. "Sevilla"nın uğurlarında iştirak etmək, onların bir parçası olmaq şərəfinə nail olmuşam.

- Ən yaxşı qol. Mənim vurduğum Panenka penaltisi xüsusi idi. Amma ÇL-nın finalında fərqlənməyimi sözlə təsvir edə bilmirəm.

- Kumirlər. Tarixin ən güclü mərkəz müdafiəçiləri. Maldini, Bekkenbauer və əlbəttə, Fernando Yerro.

- Ən yaxşı xatirə. Kifayət qədərdir. Avropa, dünya çempionluğu, "La Decima"... Hər mükafata aid xüsusi xatirəm var.

- 11-ci Çempionlar Liqası kuboku. Bu hər gün uğrunda mübarizə apardığımız arzudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR