Azərbaycan Kuboku: 1/4 finalın 6 iştirakçısı bəlli oldu

Azərbaycan Kuboku: 1/4 finalın 6 iştirakçısı bəlli oldu
21:54 2 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların da mübarizəyə qoşulduğu mərhələnin 6 qarşılaşması baş tutub.

 

Günün oyunlarından 4-də elita təmsilçiləri I divizion klublarını sınağa çəkib. “İnter” “Turan Tovuz”u, “Sumqayıt” isə “Neftçala”nı səfər matçında məğlub edərək 1/4 finala yüksəlib.

 

“Şəmkir”lə üz-üzə gələn “Qarabağ” və “Qaradağ-Lökbatan”ı sınağa çəkən “Neftçi” isə mərhələni keçmək sevincini öz meydanında yaşayıb.

 

Mərhələnin ən maraqlı oyunları isə Premyer Liqa təmsilçilərinin duelləri olub.

 

Belə ki, paytaxt derbisində AZAL-la “Zirə” qarşılaşıb. Premyer Liqanın debütantı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

 

Əyalət təmsilçiləri isə Lənkəranda münasibətlərini aydınlaşdırıblar. “Kəpəz”i qəbul edən “Xəzər Lənkəran” doğma azarkeşləri önündə qalib gəlib.

 

 

Azərbaycan kuboku

1/8 final

2 dekabr (çərşənbə)

 

“Qarabağ” – “Şəmkir” - 2:0

“Neftçi” – “Qaradağ-Lökbatan” - 8:0

“Turan Tovuz” – “İnter” - 1:3

“Neftçala” – “Sumqayıt” - 0:1

AZAL – “Zirə”- 1:2

“Xəzər Lənkəran” – “Kəpəz” - 1:0


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR