Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb

Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb
23:08 2 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də “Abşeron” qalereyasında Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb. “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu sərginin kuratoru Nurziyə Xəlilovadır.
AZƏRTAC xəbər verir ki, Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır. O deyib: “Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadın portreti çəkirəm. Axı qadın ən gözəl xilqətdir, özü də təkcə zahirən deyil, mənən də gözəldir”.
R.Həşimov bir sıra kollektiv sərgilərdə iştirak edib, əsərləri mühüm vernisajlarda nümayiş olunub. Rəssam fərdi sərgisinin açılacağını özünə böyük şərəf bilir.
R.Həşimov Sumqayıtda doğulub. Uşaq vaxtından şəkil çəkməyə maraq göstərən rəssam incəsənət məktəbini qurtarıb. Lakin tale elə gətirib ki, o, həkim olub. Sumqayıtın təcili tibbi yardım xəstəxanasında on illik həkim-travmatoloq stajı Rəhim Həşimova asudə vaxtlarını fırça və rənglər dünyasına həsr etməyə mane olmur.
Sərgi böyük maraqla qarşılanıb.
2016-cı il yanvarın 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rehim_Hesimovun_Femina_adli_ferdi_sergisi_achilib-907730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR