Üç məscid terrorun qurbanı oldu (FOTO)

Üç məscid terrorun qurbanı oldu (FOTO)
23:31 2 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə törədilən terror aktlarından sonra üç məscid bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə daxili işlər naziri Bernar Kaznev açıqlama verib.

Bu hadisələrlə əlaqədar Fransada fövqəlada vəziyyət elan edildikdən sonra polis əməkdaşları Parisdə terror hücumlarına görə 2 mindən çox reyd keçirib.


Bernar Kaznev - Fransa daxili işlər naziri

Qeyd edək ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.

Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.



Ən qanlı hadisə “Batalcan” incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olublar və xeyli sayda insanı girov götürüblər. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədiblər.

Nəticədə, ən azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdiriblər. Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.


Paris xəritədə



Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)

“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər

Terrorçular Parisdə baş kəsdilər

Girov böhranı bitdi: 118 ölü var

Olland G20-dən imtina etdi (FOTO, VİDEO)

Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)

İlham Əliyev başsağlığı verdi

Fransada üç günlük matəm elan edildi

Fransanı qana bulayan səbəblər (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR