Aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslərdir

Aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslərdir
14:53 3 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində ilbəil güclənir.
Bu gün ölkənin sosial təminat sisteminin mühüm bir istiqaməti də məhz bu təbəqədən olan insanlara yönəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay Prezident təqaüdünün təyin olunmasına başlanılıb.
Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulanların avtomobillə təminatı başa çatdırılaraq, 2014-cü il ərzində növbəyə dayananlara avtomobillərin verilməsinə başlanılıb. Ümumilikdə keçən il və cari ilin ötən dövründə bu təbəqələrdən olan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib ki, bu da indiyədək avtomobillə təmin edilən əlilliyi olan şəxslərin 33,6 faizini təşkil edir.
Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. Bu ilin ötən dövründə artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, onlarda hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. Cari ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsidir. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə saxlanılır. Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ötən illə müqayisədə 64,6 faiz çoxdur.
Respublikamızda əlilliyi olan insanların peşə reabilitasiyası sahəsində işlərin davamı kimi, cari ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə müasir tələblərə cavab verən maddi-texniki bazanın formalaşmasında mühüm rol oynayıb. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər peşə təlimi müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Hazırda Bakının Sabunçu rayonunda nazirliyin sifarişi ilə Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşa etdirilməsi də müvafiq şəxslərin peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə təmin olunmasına yönəlib.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Son illərdə Fondun dəstəyi ilə gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb. Fond həmçinin nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasını təmin edib.
Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların idman tədbirlərində iştirakı, sosial-məişət problemlərinin həlli, sağlamlıq-istirahət mərkəzlərində istirahəti və digər sahələrdə də məqsədyönlü tədbirlər həyata keçirilir. Həmçinin əmək və məşğulluq sahəsində milli qanunvericilik aktlarında əlilliyi olan şəxslərlə bağlı bir sıra güzəşt və imtiyazlar əksini tapıb.
Ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin mütərəqqi dünya təcrübəsi, habelə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının prinsipləri əsasında təkmilləşdirilməsi aparılan siyasətin əsas hədəflərindən biridir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanaraq, geniş ictimai müzakirə şəraitində xeyli təkmilləşdirilib. Ümumiyyətlə, Azərbaycan həmin Konvensiya ilə bağlı üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Bu sahədə ölkəmizdə görülən işlərə dair respublika hökumətinin hesabatı, həmçinin hazırlanan yeni qanunvericilik layihələri ötən ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında yüksək dəyərləndirilib.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı bütün sahələrdə görülən işlər bu təbəqədən olan vətəndaşların hüquqlarının etibarlı şəkildə təmin edilməsinin, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37