Kəmaləddin Heydərov: Azərbaycanla Koreya arasında əlaqələr yüksək səviyyədədir

Kəmaləddin Heydərov: Azərbaycanla Koreya arasında əlaqələr yüksək səviyyədədir
16:03 3 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Sonra Azərbaycanla Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan K.Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreya Respublikasının dövlət strukturlarının Azərbaycanın müvafiq qurumları, o cümlədən FHN ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR