"Nardarandakı qrup din pərdəsi altında terror həyata keçirmək istəyirdi"

"Nardarandakı qrup din pərdəsi altında terror həyata keçirmək istəyirdi"
16:17 3 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Dindarın əlində heç vaxt qumbara, avtomat olmaz. Aydındır ki, Nardarandakı qrup burada din pərdəsi altında terror həyata keçirmək istəyirdi.

Trend-in məlumatına hörə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün dinlə bağlı keçirilən toplantıda çıxışı zamanı deyib.

O qeyd edib: "Bizim prezidentimiz, şeyximiz bütün çıxışlarında bildirirlər ki, islamı terrorla əlaqələndirməyin. Hər bir terror təşkilatının öz adı var. İslam terroru qadağan edir. Bu, Quranda da göstərilib. Bu hərəkətlə onlar islamın adına ləkə gətirilər".

S.Novruzov bildirib ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur: "Problem ayrı-ayrı yerlərdə təlim keçən insanlarla bağlıdır. Məhz bu məsələlərlə əlaqədar çalışırıq ki, dinlə dövlət arasında olan münasibətlər qanunla tənzimlənsin, insanlarımız ziyan çəkməsinlər. Çalışmalıyıq ki, ikinci mərhələyə gəlib çatmayaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR