Əlillər də cəmiyyətin ayrılmaz üzvləridirlər

Əlillər də cəmiyyətin ayrılmaz üzvləridirlər
18:18 3 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Dekabrın 3-də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər Universitetində “Biz də cəmiyyətin ayrılmaz üzvləriyik” adlı tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edənlər fiziki qüsurun insanların həyatda özünə layiqli yer tutmasında maneə olmadığını, əlil insanların da cəmiyyətin bir hissəsi olduğunu nəzərə çatdırıblar.
Tədbir boyu əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Bakı şəhəri 1 saylı Psixiatriya Xəstəxanasının pasiyentlərinin iştirakı ilə çəkilən “Limanı olmayan gəmi” adlı qısametrajlı film və göstərilən pantomim səhnəcik tamaşaçılarda böyük təəssürat yaradıb.
“Muğam-2015” müsabiqəsinin qalibləri Sədəf Budaqova və Elgiz Əliyev, 1-ci qrup əlil Murad Sadıx, 3-cü qrup əlil Cavid Gözəlov və onun dostları, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov öz gözəl ifaları ilə hamının ruhunu oxşayıblar. Əlilliyi olan bu insanların bacarığı özünü sağlam hesab edən bəzi insanlara nümunə olacaq qədər ibrətamizdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin Novxanı kənd nümayəndəliyinin nəzdində fəaliyyət göstərən “Xəzər ulduzları” ansamblının üzvləri gözəl rəqsləri ilə tədbirə rəngarənglik bəxs ediblər.
Tədbirdə bir çox dövlət və beynəlxalq təşkilatların, ictimai birliklərin, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, tələbələr iştirak ediblər.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aliller_de_cemiyyetin_ayrilmaz_uzvleridirler-908002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR