"Bakcell" ilk "ağıllı avtomobil"i təqdim edib

"Bakcell" ilk "ağıllı avtomobil"i təqdim edib
19:03 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
"Bakcell" şirkəti "Tesla" və 189 taksi xidməti ilə birlikdə ilk "ağıllı avtomobil"i təqdim edib.
AZƏRTAC xəbər verir ki, şirkət “Bakutel 2015” sərgisində öz Wi-Fi internet xidmətinin funksional imkanlarını nümayiş etdirir. "Bakcell" stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradılıb. Stendin ziyarətçiləri ən son "Tesla" avtomobilini və avtomobil texnologiyası ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görə bilərlər.
189 taksi xidməti "Bakcell"in ən böyük korporativ müştərilərindən biri və "Ulduzum" sadiqlik proqramının əsas tərəfdaşıdır. Bu taksilərdən istifadə edənlər "Bakcell"in yüksək sürətli Wi-Fi xidmətindən pulsuz yararlana bilirlər. Bunun üçün abunəçilər 189 taksi xidmətinin avtomobillərində "Bakcell"in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən "Bakcell" abunəçisi və ya rouminqdə olarkən bu şəbəkəyə qoşulan abunəçi yararlana bilər.
"Bakutel 2015" sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən yerə taksi sifariş edən "Bakcell" abunəçiləri "Ulduzum" kodu vasitəsilə 20 faiz endirim əldə edirlər. "Ulduzum" guşəsinin ziyarətçiləri, həmçinin monitorda 2D formatında "Rəqəmsal Caynaqlı Kran" (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən hədiyyələr qazanır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBakcell_quot_ilk__quotagilli_avtomobil_quoti_teqdim_edib-908027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR