Bakı-Qazax yolunda “Opel” “KamAZ”la toqquşub, yaralılar var

Bakı-Qazax yolunda  “Opel” “KamAZ”la toqquşub, yaralılar var
09:22 4 Dekabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı-Qazax yolunun 65-ci kilometrliyində “Opel” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-qazax-yolunda-opel-kamaz-la-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR