Bakı. 4 dekabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubu futbolçusu Tomas Müllerlə müqavilə müddətini artıracaq. "Report"un məlumatına görə, artıq tərəflər məsələ ilə bağlı razılığa gəlib.
Razılığa əsasən 26 yaşlı hücumçu ilə müqavilə müddəti 2021-ci ilədək artırılacaq.
Qeyd edək ki, Tomas Müller 2008-ci ildən Münhen klubunun əsas komandasının formasını geyinir.