Azərbaycan-Malta münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb

10:58 4 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belqradda maltalı həmkarı Corc Vella ilə görüşündə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib. İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Həmçinin ADA Universiteti ilə Maltanın Diplomatik Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Malta_munasibetlerinin_inkisafina_dair_fikir_mubadilesi_aparilib-908141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR