Güclü külək Bakını bu hala saldı - video

Güclü külək Bakını bu hala saldı - video
11:21 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda əsən güclü külək xeyli fəsadlar törədib.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində bəzi yerlərdə ağac və reklam dirəkləri aşıb. Belə ki, gecə saatlarında əsən güclü külək nəticəsində Üzeyir Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişməsində ağac sınıb. Yola aşan axac xoşbəxtlikdən insanların üstünə düşməyib.

Bundan başqa dəniz vağzalının yaxınlığında yol kənarındakı reklam şitinin 2 ramkası sınıb. Nəticədə 2 avtomobilə ciddi ziyan dəyib.

Güclü külək «Şəhidlər Xiyabanı» Kompleksində də fəsadlar törədib. Kompleksdəki Türk əsgərlərinin abidəsinin yanındakı 10 bayraqdan ibarət postament külək nəticəsində əyilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR