Nardaran YENİLƏNİR - FOTO

Nardaran YENİLƏNİR - FOTO
15:52 4 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsində kommunal xidmətlərin bərpası istiqamətində fəal işlərə başlanılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hazırda qəsəbədə qaz təchizatının bərpa edilməsi istiqamətində işlər aparılır. Bu tədbirlər SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Eləcə də, elektrik enerjisi və su təchizatının bərpası istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür.

Həmçinin qəsəbədə köhnə sayğacların işlək vəziyyətə gətirilməsi, yeni sayğacların qurulması üzrə işlər davam etdirilir.

Qəsəbədə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən digər quruculuq və abadlıq işləri də aparılır.

Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi, yenə də ciddi nəzarət altındadır. Bütün avtomobil və şəxslərin sənədləri yoxlanılır.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR