"Azərbaycan Rusiyanın tələbatını ödəyəcək qədər məhsul istehsal etmir".
ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Amma o həmçinin qeyd edib ki, Rusiya bazarlarındakı boşluğu doldurmaq üçün vəziyyətdən istifadə etmək lazımdır.
“Türkiyə Rusiyaya yalnız 9 ay ərzində 585 milyon dollarlıq tərəvəz verib. 800 milyon dollardan artıq meyvə satıb. Azərbaycanın bu qədər potensialı yoxdur və boşluğu doldurmaq iqtidarında deyilik. Amma yaranmış vəziyyətdən istfiadə edib, məhsulların bazarlara rahat çıxarılması üçün maksımal çalışırıq”.