“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
19:13 4 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündən 228 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 105 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_daha_bir_quyu_esasli_temirden_sonra_istismara_verilib-908410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR