Ulduz futbolçu ölkəsini tərk edir - FOTO

Ulduz futbolçu ölkəsini tərk edir - FOTO
08:32 5 Dekabr 2015
17 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" və İngiltərə yığmasının hücumçusu Ueyn Runi yaxın vaxtlarda ölkəsini tərk edə bilər.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 

Nəşrin iddiasına görə, Runinin prodüsseri futbolçunun gələcəkdə karyerasının Çində davam etdirməsi üçün bu ölkənin futbol komandaları ilə danışıqlar aparır. Nəşr qeyd edir ki, Çin superliqasının rəhbərliyi də 30 yaşlı futbolçunun ölkə komandalarından birində çıxış etməsini dəstəkləyir.

Runi ingilis mətbuatına verdiyi açıqlamalarından birində karyerasını başa vurandan sonra xarici klublarda oynamaq istədiyini etiraf etmişdi. 

"Adətən karyerasını başa vuran futbolçular Şimali Amerika liqasına, Çinə və ya ərəb ölkələrindən birinə üz tuturlar. Mən də bu yolla getmək niyyətindəyəm. Ancaq adı çəkilən ölkələrdən hansında oynayacağımı hələlik müəyyən etməmişəm. Hər şey mənə ediləcək əlverişli təkliflərdən asılı olacaq. Mənə ən əlverişli təklif edən ölkənin komandasında da məmnuniyyətlə oynayacağam. Hər halda mən hələ uzun müddət futbol oynamağı bacaracağıma əminəm. Mənim hələ 30 yaşım var və ən azından daha bir neçə il İngiltərədə oynamaq istəyirəm. Bir futbolçu kimi isə karyeramda qazandığım bütün uğurlara görə mənə doğma olan "Mançesteer Yunayted"ə borcluyam. Bu komandada 11 ildir top qovuram və bundan çox məmnunam",- deyə Runi bildirib.

Bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında Runi artıq əvvəlki kimi oynaya bilmədiyini bəyan etmişdi: "Əvvəllər meydanda daha çox qaçırdım, yaradılan qol epizodlarından maksimum istifadə edirdim. Hazırda az da olsa formamı itirsəm də, oynamaq həvəsim çoxdur. Məşqçi məni hansı mövqedə oynatmaq istəyirsə, mənim üçün fərqi yoxdur. Hər mövqedə oynamaq qabiliyyətim var".

2004-cü ildən "Mançester Yunayted"də oynayan Runinin "qırmızı şeytan"larla müqaviləsi 2019-cu ildə başa çatacaq. Runi komandanın heyətində 340 matçda meydana çıxaraq rəqib qapılarından 172 top keçirib. Runi İngiltərə yığmasının da əsas oyunçularından biri və kapitanıdır. O, ilk dəfə 12 fevral 2003-cü ildə 17 yaşında Avstraliya ilə yoldaşlıq oyununda iştirak edib. Runi İngiltərə millisində ən çox forma geyən futbolçu olmaqla yanaşı vurduğu 51 qolla İngiltərə millisinin ən məhsuldar oyunçudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR