Davudoğlu: TANAP-la bağlı dəyişiklik ola bilər

Davudoğlu: TANAP-la bağlı dəyişiklik ola bilər
10:06 5 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevlə görüşdə TANAP layihəsini mümkün qədər erkənə çəkdik. 16 milyard kubmetr qazın 6 milyardı Türkiyə, 10 milyardı isə Avropa üçün nəzərdə tutulub. Amma Türkiyənin ehtiyacı olarsa dəyişiklik ola bilər". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycandan ölkəsinə geri qayıdan Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Dağudoğlu İlham Əliyevlə görüşündə adıçəkilən layihənin 2018-ci ildən tez bitməsi barədə razılaşdıqlarını deyib. "Bunun üçün gecə-gündüz çalışacağıq".

Baş nazir deyib ki, ölkəsi hər cür mənfi təsirə, əks təsirə hazırlıqlı olmaq üçün çalışır. "Embarqolar bir tərəfli olmur. Bu elə bir şeydir ki, mütləq ikinci tərəfi də vurur. Ümumiyyətlə biz iqtisadi sanksiyaların fayda gətirəcəyinə inanmırıq".

O, Türkiyə ilə Rusiya arasında yaranmış təyyarə qalmaqalından sonra bir neçə gün öncə iki ölkənin xarici işlər nazirlərinin görüşü barədə açaıqlama verib. O, deyib ki, bir görüşlə məsələnin həlli çətin məsələdir. "Psixoloji miqyası getdikcə artan bir böhranla qarşı-qarşıyayıq".

Baş nazir deyib ki, Türkiyəyə qarşı bir təhdid olduğu anda gərəkli tədbirlər alınacaq. Onun sözlərinə görə, Suriyadakı böhran ən çox Türkiyəyə təsir edir və məhz Türkiyə bu problemin həllinə hər kəsdən çox yardım edə bilər. "Artıq Suriya hava məkanında o qədər çox ölkə əməliyyat keçirir ki, o ölkə təyyarələrinin bir-birinə hər hansı zərər vurmaması getdikcə çətinləşir. Dolasıyı ilə Suriya böhranını bir an öncə həll etmək lazımdır".

Davudoğlu Bakıdan Putinə səsləndi (VİDEO)

Davudoğlu Bakıya 5 nazir gətirdi (YENİLƏNİB)
Prezident: "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir"
Davudoğlu: Əliyevə rus təyyarəsi barədə məlumat verdim (VİDEO)
Davudoğlu Bakıdan Ermənistana səsləndi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR