1,5 milyard dollarlıq xəzinə tapıldı

1,5 milyard dollarlıq xəzinə tapıldı
11:17 5 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Əsrlər əvvəl Kolumbiyanın Kartahena şəhərinin sahillərinin yaxınlığında batmış "San Xose" ispan qaleonunun qalıqları tapılıb.
Qaleonun yükü zümrüd, yaqut qaşlar, habelə qızıl və gümüş pullardı.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos deyib.

Dövlət başçısı olayla bağlı daha geniş informasiyanı bu gün keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
"San Xose" qaleonu 1708-ci ildə Karib dənizində, Kartahena şəhər-qalasının yaxınlığında batıb. Bu gəmi ispan kralı 5-ci Filippin hərbi donanmasının bir hissəsi idi.
Qaleonda təqribən 1,5 milyard dollarlıq xəzinənin olduğu deyilir.
2011-ci ildə qaleon Kolumbiya dövlətinin mülkiyyəti elan olunub.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR