"Polad kralı" özünü niyə vurdu?

"Polad kralı" özünü niyə vurdu?
11:47 5 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın tanınmış iş adamlarından biri, milyarder və kinoprodüser Anqad Polun intiharı ilə bağlı müəmmalar azalmaq bilmir.

"Caparo İndustries" metallurgiya korporasiyasının sahibi "Polad kralı" kimi tanınırdı.
Milli.Az The Telegraph-a istinadən bildirir ki, ilkin versiyalara görə, milyarder üzləşdiyi maliyyə problemlərinə görə intihar edib. İki həftə əvvəl korporasiyanın iflas proseduru başlanmış və "Caparo Industries" inzibati idarəetməyə verilmişdi.
Anqad Pol bu korporasiyanı 1996-cı ildə atasından, lord Svarac Poldan təhvil almışdı.
A.Pol həm də tanınmış kinoprodüser idi. Onun maliyyələşdirdiyi filmlər arasında "Lock, Stock and Two Smoking Barrels" və "Snatch" kimi lentlər var.
Son məlumatlara görə, A.Polun intiharı ilə bağlı iki nəfər saxlanıb. Onların adları açıqlanmır. Milyarderin tapança ilə özünü vurmasının intihar olmadığı da güman edilir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR