Kamranın komandası transfer edə bilməz

Kamranın komandası transfer edə bilməz
14:05 5 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Karşıyaka" qış fasiləsində heyətini gücləndirə bilməz.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb kluba transfer qadağası qoyulmasıdır.

Məsələ burasındadır ki, Kamran da daxil olmaqla, hazırda heyətdə yer alan 5 əcnəbi futbolçunun 3 aydır maaşını verməyən "Karşıyaka"nın əvvəldən də borcları var. Belə ki, ötən mövsüm qısa müddət baş məşqçilik etmiş Ayhan Akmana 95 min, 2010/11 mövsümündə isə 4 oyunda forma geyinmiş Murat Ocaka 120 min lirə borc hələ də ödənilməyib. Həmçinin sabiq futbolçu Özgür Can Özcanın da PTT I liqa təmsilçisindən 230 min lirə alacağı var.
 
Məhz bu borc üzündən dekabrın 22-də keçiriləcək prezident seçkilərinə heç kim namizədliyini irəli sürmür. Əgər klub mövsümün sonuna qədər borclarını ödəyə bilməsə, transfer qadağası yay fasiləsinə də şamil ediləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR