Tanış olun: Volvo S90 - FOTO

Tanış olun: Volvo S90 - FOTO
22:52 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İnternetdə S80-nin sələfi və artıq Volvo şirkətinin flaqmanı sayılan S90 modelinin ilk rəsmi şəklləri və məlumatları dərc edilib. 

İlk öncə qeyd edək ki, modul platformada (SPA) hazırlanan S90 sürətli olacaq. Mühərrik qamması 320 atlı 4 silindirli turbo, həmçinin 190 a.g. 400 Nm və 225 a.g. 470 Nm fırlanma anı hasilı edən dizel aqreqatlarından təşkil olunub. Bundan əlavə, elektrik mühərrikli (60 kilovat) 400 atlı hibrid sistemi də mövcuddur. Sürət qutuları modifikasiyadan asılı olaraq 6 pilləli mexaniki və ya 8 diapazonlu avtomat olacaq. Baza versiyasından başqa bütün S90 modelləri tamötürmə ilə təchiz ediləcək. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni sedan müasir texnoloji avadanlıqlara sahibdir. Burada xüsusən yolda hərəkət üçün nəzərdə tutulan yarıavtonom idarəetmə sistemini qeyd etmək lazımdır - S90 müstəqil şəkldə zolaqla hərəkət edir (130 km/saat sürətdə).
Flaqman modeli təhlükəsizlik səviyyəsi ilə də təəcübləndirir - beləki, ənənvi sistemlər dəstinə artıq yolda heyvanların tanınması sistemi də əlavə edilib. Unikal yenilik həm gündüz, həm də gecə işləyir və toqquşma riski anında müstəqil şəkldə əyləci aktivləşdirir. Bundan əlavə, S90 sürəti azaldaraq və ya sükanı döndərərək yoldan kənara çımanın önünə də keçir.
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR