Türkiyə prezidenti “Günəşli” yatağındakı faciə ilə bağlı İlham Əliyevə başsağlığı verib

Türkiyə prezidenti  “Günəşli” yatağındakı faciə ilə bağlı İlham Əliyevə başsağlığı verib
01:17 6 Dekabr 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş bədbəxt hadisəilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
“Report” Türkiyənin Milliyət qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti baş vermiş faciədən kədərləndiyini bildirib.
"Türkiyə xalqı və öz adımdan yanğında vəfat edənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. “Türkiyə hər zaman olduğu kimi, bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür kömək göstərməyə hazırdır”, - Ərdoğanın ismarıcında deyilir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiye-prezidenti-i-lham-eliyeve-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR