SOCAR Pirallahıda meyitin tapılması xəbəri ilə bağlı açıqlama verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, sözügedən ərazidə meyitin tapılması ilə əlaqədar Dövlət Neft Şirkətinə zəng vurulmuşdu.
"Əməkdaşlar əraziyə yollandı. Amma bu xəbər təsdiqini tapmadı", deyə Xalik Məmmədov bildirib.
Milli.Az