Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyənin Almaniyanın Ştutqart şəhərindəki baş konsulluğunun binasına boya ilə dolu torbalar atılıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Ştutqart polisi açıqlama yayıb.
Məlumata görə, konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb. Hadisənin törədilməsinmdə siyasi motivin olub-olmaması araşdırılır.
Açıqlamada bildirilib ki, hadisədən öncə konsulluğa qarşı hədələyici çıxışlar olmayıb.
Hadisəni törəddənin kimliyi bilinmir.