Cəbhə bölgəsində yaşayan gənclər biznes bacarıqlarına yiyələnirlər

Cəbhə bölgəsində yaşayan gənclər biznes bacarıqlarına yiyələnirlər
13:48 7 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 7 dekabr, AZƏRTAC
"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Füzuli rayonunun Əhmədbəyli kəndində və Qayıdış-4 qəsəbəsində növbəti təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin iştirak etdiyi təlimlərdə İctimai Birliyin sədri Zaur Quliyev layihə haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi yeni innovativ metodlar vasitəsilə kənd yerlərində yaşayan gənc sahibkar və kiçik fermerlərin kənd təsərrüfatı məsləhət və informasiya xidmətlərinə çıxışının artırılması və məşğulluq imkanlarının gücləndirilməsinə dəstək verməkdir.
Seminarda təlimçi tərəfindən gənclərə motivasiya və özünəinam, biznes ideyasının yaradılması, istehsalat planı, biznes fəaliyyətinə başlamağın hüquqi əsasları, biznes-planın tərtib edilmə metodikası haqqında ətraflı məlumatlar verilib, qrup işlərinin təqdimatı olub.
Seminarda gənclərı maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebhe_bolgesinde_yasayan_gencler_biznes_bacariqlarina_yiyelenirler-908868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR